Bizim Öhdəliyimiz

Tanzanyaya yardim: təhsil gələcək perspektivlərə yol açır.

Wörwag Pharma şirkətinin korporativ “Daha yaxın olaq – yardım etmək gözəldir” şüarı bizim sosial öhdəliklərimizin əsasını təşkil edir: Şirkət təkcə maliyyə cəhətdən deyil, həm də əhəmiyyətli şəxsi resurslar vasitəsilə Afrikadakı yardım layihələrinə öz dəstəyini təmin edir. Daha yaxşı yardım edə bilmək üçün ianə layihələrinə və ərazidəki əhaliyə “yaxın” olmaq mühüm əhəmiyyət kəsb edir.

1997-ci ildən etibarən biz dünyanın ən yoxsul ölkələrindən biri olan Tanzaniyada yerləşən Moraviya Kilsəsinin müxtəlif humanitar yardım layihələrini dəstəkləyirik. Bizim xüsusi bir narahatlığımız peşə məktəblərinin qurulmasıdır: Cənubi Tanzaniyanın kiçik Namtumbo şəhərində, Moraviya Kilsəsinin (Herrnhuter Brüdergemeine) yeni peşə məktəbi mərkəzi açıldı, Wörwag Pharma isə onun tikintisi və avadanlıqları ilə bağlı xərclərin çox hissəsini öz üzərinə götürmüşdü. Bunun nəticəsində gənclər struktur cəhətdən zəif olan Namtumboda dərzi, dülgər, elektromexanik  və ya kompüter mütəxəssisləri kimi təlimlərini tamamlayaraq  öz həyatlarını qurmaq imkanına malik ola bilirlər.

Eyni modelin ardınca, 2013-cü ildə 60 km aralıqda yerləşən Songea şəhərində təlim mərkəzi təsis olundu, hal-hazırda burada ticarəti öyrənən 62 gənc vardır. İlk məzunlar artıq imtahanlarını müvəffəqiyyətlə başa vurmuşlar. Növbəti peşə məktəbi isə 2016-cı ilin Dekabrında, Tanzaniyanın cənubundakı Kakozi kəndində açılmışdır. Tələbələr onlar üçün gələcək perspektivlərə yol açacaq və bütün regionun iqtisadiyyatını gücləndirəcək təhsilə yiyələnə bilərlər.