Sağlıqla qəbul edin!

  • Xromun yüksək dozası şirin məhsullara meyli azaldır (1)
  • Tərkibində şəkər və şəkərəvəzediciləri yoxdur
  • 13 component: 11 vitamin, Sink və Xrom
1. С. В. Реутина "Роль хрома в организме человека". Вестник РУДН, серия Экология и безопасность жизнедеятельности, 2009 N4
  • Tətbiq sahələri
    Diabet xəstələri üçün vitaminlər – şəkərli diabet xəstələri üçün bioloji fəallığa malik qida əlavəsi, əlavə vitamin, sink və xrom mənbəyidir.
    Şəkərli diabet zamanı orqanizmdə maddələr mübadiləsi pozulur, bu isə bəzi vitamin və mikroelementlərə tələbatı artırır. İnsan orqanizmi onları sərbəst hasil edə bilmədiyi üçün xüsusi vitamin-mineral komplekslərinin əlavə qəbulu vacibdir.
    Diabet xəstələri üçün vitaminlər bu xəstəlik zamanı maddələr mübadiləsinin xüsusiyyətlərini nəzərə almaqla hazırlanıb və tərkibində yalnız şəkərli diabet zamanı tələbat olan vacib vitamin və mikroelementlər var.
  • Dərman və birləşmələr
    C, E və A vitaminləri antioksidləşdirici funksiyanı yerinə yetirir, sərbəst radikalları neytral hala salır və orqanizm hüceyrələrinin zədələnməsinin qarşısını alır.
    B qrupu vitaminləri sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
    Sink və xrom mikroelementləri karbohidrat mübadiləsinin tənzimlənməsi, insulinin əmələ gəlməsi və təsirinin gücləndirilməsi üçün lazımdır.
    Xrom insulinin təsirini gücləndirməklə qanda qlükoza səviyyəsinin tənzimlənməsində iştirak edir; şirniyyata meyli azaldır; ürək əzələsi və qan damarlarının fəaliyyətinin tənzimlənməsində iştirak edir.
    Sink antioksidləşdirici fəallığa malikdir, orqanizmin infeksiyalara qarşı dayanıqlığını artırır, dərinin regenerasiyası və yaraların sağalması proseslərinə təsir edir; insulin sintezini dəstəkləyir.
    C vitamini ən güclü antioksidləşdiricilərdən biridir, oksidləşmə-bərpa reaksiyaları, karbohidrat mübadiləsi və toxumaların regenerasiyası proseslərində iştirak edir, orqanizmin infeksiyalara qarşı dayanıqlığını artırır, kapillyar keçiriciliyini normaya salır.
    E vitamini antioksidləşdirici xüsusiyyətlərə malikdir və xırda qan damarları, ürək və gözlərin disfunksiyasında özünü büruzə verən bəzi şəkərli diabet ağırlaşmalarının qarşısını alır; immunitet sisteminin normal fəaliyyəti üçün vacibdir.
    A provitamini (beta-karotin) oksidləşmə proseslərini optimallaşdırır və hüceyrələrin qocalma prosesini yavaşladır, gözün torlu qişasının normal fəaliyyətini təmin edir.
    B1 vitamini enerji mübadiləsi prosesində iştirak edir, sinir impulsunun keçirilməsi və sinir toxumasının regenerasiyasını sürətləndirir, neyrotrop fəallığa malikdir.
    B2 vitamini normal görmə qabiliyyətinin dəstəklənməsi, hemoqlobin sintezi, oksidləşmə-bərpa proseslərinin tənzimlənməsində iştirak edir.
    B6 vitamini mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
    B12 vitamini sinir toxumalarının regenerasiyasını dəstəkləyir, qan əmələgətirmə proseslərini sürətləndirir.
    PP vitamini (niasin) hüceyrə tənəffüsü, karbohidrat və yağlardan enerji çıxarılması, həmçinin zülal metabolizmində iştirak edir.
    Fol turşusu amin turşuları mübadiləsi, zülal və nuklein turşuları sintezində iştirak edir, normal qan əmələgətirmə və yeni hüceyrələrin əmələ gəlməsi üçün vacibdir.
    Pantoten turşusu karbohidrat və yağ mübadiləsində iştirak edən A kofermentinin tərkibinə daxildir, stressə qarşı dayanıqlığı artırır.
    Biotin yağ və nuklein turşuları, zülal sintezində iştirak edir, hüceyrələrin böyüməsinə kömək edir, qanda qlükoza səviyyəsini azaltmaqla insulinə bənzər təsirə malikdir.

    11 vitamin, Sink və Xrom

    Digər inqredientlər üçün baxın İstifadə təlimatları.
  • Doza və tətbiq metodu
    İstifadəyə dair tövsiyələr: böyüklərə - yemək zamanı 1 həb. İstifadə müddəti – 1 ay. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
  • Qablaşdırma ölçüsü
    • 30 Tabletlər
  • Yükləmələr