YouTube “plugin”lərindən (videolar) istifadə
YouTube-dan videoların inteqrasiyası üçün istifadə edirik. YouTube CA94066, ABŞ, San Bruno, Cherry Prospekti 901 ünvanında yerləşən “YouTube” MMC tərəfindən idarə olunur. YouTube CA94043, Mountain View, Amphitheatre Parkway 1600 ünvanında yerləşən “Google” Inc. Şirkəti ilə təmsil olunur.
Həmin “plugin” yerləşdirilən www.woerwagpharma.de internet səhifəmizə daxil olduqda YouTube serverləri ilə əlaqə qurulur və plugin göstərilir. Bu, ziyarət etdiyiniz veb saytlarla bağlı məlumatları YouTube serverlərinə ötürür. YouTube istifadəçisi kimi daxil olmusunuzsa, YouTube bu məlumatı şəxsi istifadəçi hesabınıza aid edir. “Plugin”dən istifadə zamanı, videonun başlaması üçün düyməni sıxdıqda bu məlumat da istifadəçi hesabınıza aid edilir. Veb saytımızı istifadə etməzdən əvvəl YouTube istifadəçi hesabınızdan və YouTube MMC və Google, Inc-dən digər hesablarınızdan çıxaraq və ya müvafiq “cookie”ləri silərək bu aid etmənin qarşısını ala bilərsiniz.
Məlumatların emalı prosesi və YouTube'dan (Google) gələn məlumatların məxfiliyinə dair bildirişlərlə əlaqədar əlavə məlumatları www.google.de/intl/de/policies/privacy/ ünvanından əldə edə bilərsiniz.