Beynəlxalq ailə biznesi
Wörwag Pharma işə başladığı vaxtdan ailə biznesi olub: 1971-ci ildə Dr. Fritz Wörwag tərəfindən Stuttgartda şəhər apteki olaraq təsis edilən şirkətimiz, hazırda 25-dən çox müxtəlif yerdə 1,400-dən artıq işçimiz var. Wörwag ailəsinin üzvləri hələ də şirkətdə müxtəlif vəzifələrdə və müşavirə şurasında aktivdirlər. Onilliklər ərzində çox dəyişikliklər baş versə də, şirkətimizin əsası – yəni, insanlıq, yaxınlıq və yardımsevərlik prinsiplərinə əsaslanan dəyərlərimiz – eyni qalır və bizə farmasevtik mütəxəssislərlə etibarlı və uzunmüddətli münasibətlər qurmağa kömək edir. Bu dəyərlər, eyni zamanda, bazarlarımızda bizə unikal satış nöqtəsi təqdim edir. Daxildə isə, qarşılıqlı münasibətlərimizdə: səmimi, sadə və açıq şəkildə ifadə olunur. Biz böyük farma-dan çox, gözəl karma seçirik.