Biofaktorların əksikliyi necə yaranır?
Tarazlaşdırılmış pəhriz saxlamaq və sağlam həyat tərzi sürmək üçün kifayət qədər diqqət göstərdiyiniz zaman önəmli biofaktorların əksikliyinin əksərən qarşısı alınır. Vitaminlər, minerallar və mikroelementlər üzrə rəsmi limit və istehlak göstəriciləri əsasən sağlam insanların ortalama tələbatına əsaslanır. Lakin fərdi olaraq, biofaktorlara tələbat yaş, gender, etnik mənşə, idman, həyat tərzi (akoqol və nikotin istehlakı), dərman qəbul edilməsi və s. kimi bir çox amillər səbəbilə əhəmiyyətli dərəcədə yüksək ola bilər. Həmçinin xüsusi həyat şəraitində insan orqanizminin qismən müəyyən müddət üçün daha yüksək tələbat olur və ya ona çox yaxşı şəkildə təmin edilmiş biofaktorları absorbsiya edə bilmir. Bu cür hallarda mütəmadi rasion tez bir zamanda öz limitlərinə çatır və bu zaman müvafiq dərman vasitələri ilə müalicə edilməli olan çatışmazlıqlar yarana bilər. Əksər hallarda risklər bilinir və buna uyğun profilaktik tədbirlər nəzərə alına bilər.
Biofaktorların əksikliyi üzrə risk qrupları
Müəyyən dərman vasitələrinin uzunmüddətli qəbulu bəzi biofaktorların absorbsiyasını dayandıra və ya onların ifrazını gücləndirə bilər ki, bu zaman müəyyən müddətdən sonra çatışmazlıq simptomları yarana bilər. Sözügedən dərman vasitələrinin siyahısı uzundur – onlara ağız yolu ilə qəbul edilən kontraseptiv vasitələr, müəyyən diabet dərmanları və yüksək qan təzyiqinə qarşı aktiv inqrediyentlər daxildir. Bütün bu dərmanlar üçün sadəcə tez-tez resept yazılmır, onlardan bəziləri həm də illərlə mütəmadi olaraq qəbul edilir. Müəyyən diabet dərmanlarının qəbulu B12 vitamini əksikliyinə səbəb olur. Uzun vədədə bu, paresteziya və anemiyaya gətirib çıxara bilər. Müəyyən hormonal kontraseptiv vasitələrin qəbulu yalnız B6 vitamini və fol turşusu deyil, həm də maqnezium əksikliyinə yol açır. Bu həm də Peşəkar Ginekoloqlar Assosiasiyası tərəfindən bildirildiyi kimi qan damarlarını zədələyə və trombozlar və ürək-damar xəstəlikləri riskini artıra bilər. Ona görə də əksər ginekoloqlar öz xəstələrinə ağız yolu ilə kontraseptiv vasitələr qəbul edərkən siqaret çəkməməyi tövsiyə edir, çünki bu, simptomları pisləşdirə bilər.
Biofaktorların təminatı ilə əlaqədar heç bir risk almayın!
Qan testində müəyyən biofaktorların ciddi əksikliyi aşkar edildikdə, həkiminizlə məsləhətləşərək çatışmayan vitamin və mineralların təmin edilməsi mütləqdir. Bu həmçinin çatışmazlıqların yaranmaması üçün biofaktorların profilaktik təminatının tövsiyə edildiyi, yuxarıda göstərilmiş risk qruplarından birinə aid olduğunuz hallara da aid edilir.
Biofaktorların müvafiq təminatı tez bir zamanda aşağı saxlama səviyyələrini yeniləyir və çatışmazlığın ciddi yan təsirlərinin böyük ehtimalla qarşısını alır.
Sizə uzun müddət qəbul etməli olduğunuz dərman üçün resept verildikdə, həkiminizdən və ya əczaçınızdan müəyyən biofaktorlara diqqət yetirməli olub-olmadığınız barədə məlumat alın. Biofaktorların tarazlaşdırılmış təminatına mane olan dərman vasitələri üzrə icmal növbəti bölmədə təqdim edilmişdir. Lakin həmin siyahı tam deyil və heç bir vəchlə həkiminizlə olan konsultasiyanı əvəz etmir.