Miokard infarktı, xroniki ürək çatışmazlığı, maqnezium defisiti nəticəsində törənən ürəyin aritmiyası, spastik vəziyyət (o cümlədən angiospazm), ateroskleroz, dislipidemiya kimi halların kompleks müalicəsi və profilakstikası məqsədilə.
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq maqnezium-orotat dihidrat (32,8 maqnezium) vardır.
Köməkçi maddələr: kolloidal silisium 4-oksid, karmelloza-natrium, mikrokristallik sellüloza, qarğıdalı nişastası, povidon K 30, laktoza monohidrat, natrium-siklomat, talk, maqnezium-stearat.
Maqnezium-orotat dihidrat 500 mq
Tabletlər az miqdarda maye ilə daxilə qəbul edilməlidir.
7 gün ərzində gündə 3 dəfə 2 tablet, sonra isə gündə 2-3 dəfə 1 tablet təyin edilir. Müalicə kursu 4-6 həftədən az olmamalıdır. Təkrar kurslar həkimlə məsləhətləşdikdən sonra aparıla bilər. Baldır əzələlərinin gecə qıcolmalarında gecələr 2-3 tablet qəbul etmək məsləhət görülür
20 Tabletlər