Milqamma 100 neyropatiyalarda istifadə olunan preparatdır.
Milqamma 100 B1 və B6 vitaminlərinin təsdiq olunmuş çatışmazlığı nəticəsində yaranan sinir sistemi xəstəliklərinin (sistem nevroloji xəstəliklər) müalicəsi üçün istifadə olunur.
Təsiredici maddələr: 1 tabletin tərkibində 100 mq benfotiamin və 100 mq piridoksin-hidroxlorid
vardır.
Köməkçi maddələr: tabletin nüvə hissəsində - kolloidal silisium 4-oksid, mikrokristallik
selluloza, natrium- kroskarmelloza, povidon, talk, uzun zəncirli qliseridlər.
Örtük: şellak, saxaroza, kalsium-karbonat, talk, Ərəbistan kitrəsi, qarğıdalı nişastası, titan
4-oksid (E171), makroqol 6000, 85%-li qliserin, polisorbit 80, montan qlikol mumu.
Milqamma 100 qlutensizdir və tərkibində laktoza yoxdur.
Benfotiamin 100 mq
Milqamma 100 tabletlərini həmişə həkiminiz təyin etdiyi qaydada qəbul edin. Əgər əmin deyilsinizsə. Həkiminizlə məsləhətləşin. Böyüklər üçün adi doza gündə 1 ədəd Milqamma 100 tabletidir. Ağır hallarda doza həkimlə məsləhətləşdikdən sonra gündə 3 dəfə 1 tabletə qədər artırıla bilər.
4 həftədən sonra B6 və B1 vitaminlərinin artırılmış dozasının (gündə 3 dəfə 1 tablet) daha nə qədər müddətə lazım olacağına həkim qərar verəcəkdir. Müvafiq hallarda B6 vitamini ilə əlaqədar olan neyropatiya riskini azaltmaq məqsədilə doza 1 ədəd Milqamma 100 tabletinə qədər azaldılmalıdır.
Örtüklü tabletlər çoxlu miqdarda maye ilə qəbul edilməlidir. Tabletlər günün istənilən vaxtında qəbul edilə bilər.
Uşaqlarda istifadəsi
Uşaqlarda Milqamma 100 tabletlərindən istifadə edilməməlidir, çünki onlarda preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.
MİLQAMMA 100 tabletlərinin qida və ya mayelərlə qəbulu
Hər hansı xüsusi ehtiyat tədbiri tələb olunmur.
Əgər MİLQAMMA 100 tabletini qəbul etməyi unutmusunuzsa
Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək məqsədilə MİLQAMMA 100 tabletlərinin ikiqat dozasını qəbul etməyin. Milqamma 100 tabletlərini eyni dozada qəbul etməkdə davam edin və gələcəkdə tabletləri vaxtında qəbul etməyə çalışın.
Əgər Milqamma 100 tabletlərinin qəbulunu dayandırırsınızsa
Əgər müalicəni dayandırsanız, onun effektiv təsirini risk qarşısında qoymuş olursunuz. Bu preparatın istifadəsinə dair hər hansı suallarınız meydana çıxarsa, bu barədə müalicə həkiminizə müraciət edin.
30 Drajelər