Faktlar və rəqəmlər

Beynəlxalq komanda və dünya səviyyəsində inkişaf

30-dan çox ölkədə fəaliyyət göstərən beynəlxalq komanda. 25 ölkədən olan əməkdaşlarımız Böblingendə yerləşən baş ofisimizdə fəaliyyət göstərir.

Əməkdaşların 70 faizindən çoxunu qadınlar təşkil edir, qadınların isə 40 faizindən çoxu icraedici vəzifələrdə fəaliyyət göstərir. Ailə və karyeranın eyni zamanda idarə edilməsi prosesi tənzimlənməlidir. Yarım ştat işlər, uyğunlaşdırıla bilən iş saatları,  etimada əsaslanan iş saatları və mobil iş bu məqsədə nail olmağa kömək edir

Bütün dünyada 1000-dən çox insan şirkətimizin uğur qazanması üçün çalışır.

Wörwag Pharma Group şirkətində ən yüksək dövriyyəyə malik ölkələr Almaniya və Rusiyadır. Şərqi Avropa, Qərbi Balkan regionu və Baltikyanı ölkələrdəki mövcud bazarlarla yanaşı Wörwag Pharma şirkəti Asiya, Cənubi Amerika və Orta Şərqdə də öz fəaliyyətini genişləndirir. 2019-cu ildə Tailandda yeni satış ofisi açıldı.

Dövriyyə üzrə İnkişaf 2009 – 2019 (mly. Avro ilə)