MÖVZU İCMALI

Biofaktorlar nədir?
Biofaktorlar orqanizmə necə təsir edir?
Biofaktorların əksikliyi özünü necə göstərir?
Biofaktorların əksikliyi riskini azaltmaq üçün nə etmək lazımdır?
Biofaktorların əksikliyi necə yaranır?Biofaktorların əksikliyi üzrə risk qruplarıUzun müddət dərman qəbul edilməsi biofaktorların əksikliyinə səbəb ola bilər
Biofaktorların təminatı ilə əlaqədar heç bir risk almayın!

Biofaktorlar nədir?

Biofaktorlar orqanizmin normal fəaliyyəti üçün lazım olan əsas maddələrdir. Bunlara vitaminlər, minerallar, maqnezium, sink və ya dəmir kimi mikroelementlər, habelə vitaminəbənzər maddələr (məs. alfa-lipo turşusu və ya koenzim Q10), amin turşuları, yağ turşuları və ikincil bitki ekstraktları daxildir. Orqanizm onlardan bəzilərini özü yaradır, lakin əksəriyyəti rasionumuzla əldə edilir. Sonuncusu həmçinin əsas biofaktorlar adlanır. Yüksək konsentrasiyada bəzi biofaktorların müalicəvi təsiri ola bilər, bununla da onlar farmasevtik xüsusiyyətlər əldə edir.       

Biofaktorlar orqanizmə necə təsir edir?

Biofaktorlar insan orqanizmində çox vacib rol oynayır və maddələr mübadiləsini sürətləndirir. Ona görə də sağlamlıq təşkilatları düzgün maddələr mübadiləsini asanlaşdıran nominal dəyərləri təşviq edir. Məsələn, dəmir hemoqlobin, dolayısıyla orqanizmin oksigen təminatını qarşılamaq üçün olduqca önəmlidir. Vitamin C rasionumuzdan dəmirin absorbsiyasını dəstəkləyir, yaraların sağalmasında vacib rol oynayır və anti-oksidləşdiricidir. Bəzi biofaktorlar immunitetin normal fəaliyyətini müxtəlif şəkildə dəstəkləyir. Orqanizm vitamin D-ni (həm vitamin, həm də hormondur) gün işığı almaqla hazırlayır, bağırsağın kalsium, fosfor və maqneziumu absorbsiya etməsinə kömək edir – bunlar həmin vitaminin insan orqanizmindəki bir çox funksiyasından yalnız bir neçəsidir. Bu yolla vitamin D bu biofaktorların sümüklərimizin formalaşmasındakı vacib rolunu tamamlamasına imkan verir. Xüsusilə həşəratların böyümələri üçün vitamin D-yə nisbətən daha çox ehtiyacları var. Vitamin B12, benfotiamin (yağda həll olan tiamin prekursoru), vitamin B6, və fol turşusu kimi B-vitaminləri digərləri ilə yanaşı, sinir sistemi funksiyası və regenerasiya üzərində önəmli təsirə malikdir, bundan əlavə enerji təminatı və qanın formalaşması zamanı maddələr mübadiləsinin normal vəziyyətdə saxlanılmasına dəstək olur. 

Biofaktorların əksikliyi özünü necə göstərir?

Uzunmüddətli biofaktor əksikliyi orqanizmdə baş verən vacib proseslərin normal gedişatına mane olur. Hansı vitamin və ya mineralın çatışmamasından asılı olaraq əksikliyin qeyri-spesifik simptomları tez bir zamanda irəliləyir. Məsələn, dəmir çatışmazlığı (xüsusilə qadınlar arasında geniş yayılmışdır) rəngin solması, titrəmə və ümumi halsızlıq şəklində özünü göstərir. Maqnezium əksikliyi gecə baldırda qıcolmalara, ağrılı əzələ gərginliyinə, əsəbiliyə və ya hətta aritmiya və hipertoniyaya gətirib çıxarır. Vitamin D əksikliyi bütün orqanizmə ümumi təsiri və hormonal effekti ilə müxtəlif şəkildə özünü göstərə bilər.     

Biofaktor əksikliyinin ilkin əlamətləri və ya göstəriciləri hər zaman zəiflik, halsızlıq, diqqət əksikliyi və fəaliyyət səviyyəsinin aşağı düşməsi kimi qeyri-spesifik simptomlar olur. Bütün bu simptomlara adətən fikir verilmir, halbuki onlar gündəlik həyatda normal fəaliyyətimizə böyük ölçüdə mane olur.   

İlkin olaraq zərərsiz görünən çatışmazlıq təhlükəli zəncirvari reaksiyalara təkan verə bilər; zaman keçdikcə əksərən geri alına bilməyən ciddi simptomlar üzrə çıxa bilər. Əhəmiyyət verilməyən B-vitamini əksikliyi qanın formulu ilə yanaşı, sinir sisteminin normal fəaliyyəti və dəstəklənməsinə də mənfi təsir edir. B-vitaminləri çatışmadıqda hər bir hüceyrənin enerji təminatı adi qaydada normal fəaliyyət göstərə bilmir. Sink əksikliyi və normadan aşağı olması həm də bir çox görünən və görünməyən simptomlara səbəb ola bilər. Dırnaqların tez qırılması və dərinin quru və çat-çat olması sink əksikliyinin göstəricisi ola bilər. Özünüzü yaxşı hiss etmədikdə, zəif və ya halsız olduqda, həkiminizə müraciət edərək tam müayinədən keçməyiniz məsləhət görülür. Xüsusilə digər faktorları istisna etməklə müvafiq qan formuluna baxıldıqdan sonra o, dərhal biofaktorların mümkün əksikliyi və ya normadan aşağı olması halını müəyyən edə bilər və bundan sonra siz müvafiq profilaktik tədbirlər görə bilərsiniz. 

Biofaktorların əksikliyi riskini azaltmaq üçün nə etmək lazımdır?

Əksər insanlar üçün bu çox sadədir: Sağlam yaşamaq!

Gemüse hilft

Mütəmadi olaraq idman etməklə yanaşı, tarazlaşdırılmış pəhriz də şübhəsiz sağlam həyat tərzinin bir parçasıdır. Kifayət qədər təzə meyvə, tərəvəz və üyüdülməmiş taxıl məhsulları, habelə balıq, yağsız ət və az yağlı süt kimi yağ faizi aşağı olan heyvan məhsulları yeməklə siz artıq yaxşı qida ehtiyatına malik olmaq üçün cəhd göstərmiş olursunuz. Yeri gəlmişkən, orqanizmimiz dəyərli tərəvəz yağlarını heyvan yağlarından daha yaxşı həzm edir. Bu sahə üzrə peşəkar fəaliyyət göstərən təşkilatlar həmçinin gündə ən az beş porsiya təzə meyvə və tərəvəz yeməyi tövsiyə edir. Hətta Qurd üzümü (goji), Barbados gilası (aserola) və başqaları kimi son zamanlar insanların dilində olan “super qidalar” belə gündəlik rasiona mümkün əlavələr ola və biofaktor əksikliyi simptomlarının qarşısının alınmasında vacib rol oynaya bilər. Məsələn, pendir və fıstığın tərkibində sinkin miqdarı nisbətən çoxdur – 100q Emmental pendiri yeməklə 4.6 q sink əldə etmiş olursunuz. Tövsiyə edilən gündəlik istehlak qadınlar üçün 7q, kişilər üçün isə 10q təşkil edir. Kahılı toyuq və quzu salatının tərkibində çox miqdarda fol turşusu var – sonuncusu 100q-da 145 µq təşkil edir – lakin o, alındıqdan sonra tez bir müddətdə yeyilməlidir. Çünki qida uzun müddət saxlanıldıqda fol turşusu çox tez yox olur. Bundan əlavə, toyuğun tərkibində B6 vitamini var. B12 vitamini isə demək olar ki, ancaq heyvan mənşəli qidaların tərkibində olur. Vegetarian və ya veqanlar B12 vitaminini tərkibində həmin vitaminin az da olsa olduğu kələm turşusu və ya (spirtsiz) pivə kimi mayalanmış qidalardan ala bilərlər. Vitamin B paxla bitkiləri və üyüdülməmiş taxil məhsullarının tərkibində var; saxlanma və hazırlanma şəraitindən asılı olaraq qidanın tərkibindəki vitaminin miqdarı dəyişə bilər. Səhər yeməyində dadlı müsli və ya üyüdülməmiş taxıldan hazırlanan çörək yemək bu biofaktorun əksikliyinin qarşısını ala bilər. Bu həmçinin maqnezium təminatını dəstəkləyir – xüsusilə yulafın tərkibində maqneziumun miqdarı nisbətən çoxdur (100q-da 134 mq), günəbaxan toxumlarında isə hətta 420 mq-dır. Almaniya Qidalanma Assosiasiyasının qeyd etdiyi kimi sağlam 18 yaşdan yuxarı insanlar üçün tövsiyə edilən gündəlik maqnezium dozası 300-400 mq-dır. Alkoqol və tütün kimi sağlamlığa zərərli stimulyatorlar çox cüzi miqdarda istifadə edildikdə sağlam həyat tərzi sürə bilərsiniz. Tarazlaşdırılmış həyat tərzi ilə bütün vacib biofaktorların təminatı ciddi xəstəliklərin qarşısının alınması və sağlamlığın qorunmasına əhəmiyyətli dərəcədə kömək edir.                              

Biofaktorların əksikliyi necə yaranır?

Tarazlaşdırılmış pəhriz saxlamaq və sağlam həyat tərzi sürmək üçün kifayət qədər diqqət göstərdiyiniz zaman önəmli biofaktorların əksikliyinin əksərən qarşısı alınır. Vitaminlər, minerallar və mikroelementlər üzrə rəsmi limit və istehlak göstəriciləri əsasən sağlam insanların ortalama tələbatına əsaslanır. Lakin fərdi olaraq, biofaktorlara tələbat yaş, gender, etnik mənşə, idman, həyat tərzi (akoqol və nikotin istehlakı), dərman qəbul edilməsi və s. kimi bir çox amillər səbəbilə əhəmiyyətli dərəcədə yüksək ola bilər. Həmçinin xüsusi həyat şəraitində insan orqanizminin qismən müəyyən müddət üçün daha yüksək tələbat olur və ya ona çox yaxşı şəkildə təmin edilmiş biofaktorları absorbsiya edə bilmir. Bu cür hallarda mütəmadi rasion tez bir zamanda öz limitlərinə çatır və bu zaman müvafiq dərman vasitələri ilə müalicə edilməli olan çatışmazlıqlar yarana bilər. Əksər hallarda risklər bilinir və buna uyğun profilaktik tədbirlər nəzərə alına bilər. 

Biofaktorların əksikliyi üzrə risk qrupları

Müəyyən dərman vasitələrinin uzunmüddətli qəbulu bəzi biofaktorların absorbsiyasını dayandıra və ya onların ifrazını gücləndirə bilər ki, bu zaman müəyyən müddətdən sonra çatışmazlıq simptomları yarana bilər. Sözügedən dərman vasitələrinin siyahısı uzundur – onlara ağız yolu ilə qəbul edilən kontraseptiv vasitələr, müəyyən diabet dərmanları və yüksək qan təzyiqinə qarşı aktiv inqrediyentlər daxildir. Bütün bu dərmanlar üçün sadəcə tez-tez resept yazılmır, onlardan bəziləri həm də illərlə mütəmadi olaraq qəbul edilir. Müəyyən diabet dərmanlarının qəbulu B12 vitamini əksikliyinə səbəb olur. Uzun vədədə bu, paresteziya və anemiyaya gətirib çıxara bilər. Müəyyən hormonal kontraseptiv vasitələrin qəbulu yalnız B6 vitamini və fol turşusu deyil, həm də maqnezium əksikliyinə yol açır. Bu həm də Peşəkar Ginekoloqlar Assosiasiyası tərəfindən bildirildiyi kimi qan damarlarını zədələyə və trombozlar və ürək-damar xəstəlikləri riskini artıra bilər. Ona görə də əksər ginekoloqlar öz xəstələrinə ağız yolu ilə kontraseptiv vasitələr qəbul edərkən siqaret çəkməməyi tövsiyə edir, çünki bu, simptomları pisləşdirə bilər.  

Biofaktorların təminatı ilə əlaqədar heç bir risk almayın!

Qan testində müəyyən biofaktorların ciddi əksikliyi aşkar edildikdə, həkiminizlə məsləhətləşərək çatışmayan vitamin və mineralların təmin edilməsi mütləqdir. Bu həmçinin çatışmazlıqların yaranmaması üçün biofaktorların profilaktik təminatının tövsiyə edildiyi, yuxarıda göstərilmiş risk qruplarından birinə aid olduğunuz hallara da aid edilir.   

Biofaktorların müvafiq təminatı tez bir zamanda aşağı saxlama səviyyələrini yeniləyir və çatışmazlığın ciddi yan təsirlərinin böyük ehtimalla qarşısını alır.  

Sizə uzun müddət qəbul etməli olduğunuz dərman üçün resept verildikdə, həkiminizdən və ya əczaçınızdan müəyyən biofaktorlara diqqət yetirməli olub-olmadığınız barədə məlumat alın. Biofaktorların tarazlaşdırılmış təminatına mane olan dərman vasitələri üzrə icmal növbəti bölmədə təqdim edilmişdir. Lakin həmin siyahı tam deyil və heç bir vəchlə həkiminizlə olan konsultasiyanı əvəz etmir.   

Hüquqi imtina

© 2016 WÖRWAG Pharma GmbH & Co. KG - www.woerwagpharma.az saytında şəxsi sağlamlıq haqqında verilmiş məlumat dairəsi yalnız məlumat üçündür və heç bir şəkildə lisenziyalaşdırılmış həkim tərəfindən şəxsi məsləhət, müayinə və ya diaqnozu əvəz etmir. Www.woerwagpharma.az saytında olan məzmun diaqnoz qoymaq və/və ya dərmanları müstəqil qəbul etmək üçün istifadə edilə bilməz və edilməməlidir. Həmçinin məsuliyyətin istisna olunmasına və imic hüquqlarına dair göstərişlərimizə diqqət edin.

Read more