Məlumatların Məxfiliyi haqqında Bəyanat

Məlumatların məxfiliyi haqqında məlumat

Wörwag Pharma GmbH & Co. KG şəxsi məlumatlarınızı çox ciddi şəkildə qoruyur və məlumatların məxfiliyinə dair qanunlara ciddi əməl edir. Şəxsi məlumatlar bu veb saytında yalnız texniki zərurət yarandıqda toplanır. Məlumat heç bir səbəblə satılmır və üçüncü tərəflərə ötürülmür. Aşağıdakı izahat bu qorunmanın necə təmin olunduğunu və toplanmış məlumatın növünü və hansı məqsədlə yığıldığını nəzərdən keçirir.

Bu veb saytda məlumatların emalı prosesi

Wörwag Pharma GmbH & Co. KG, məlumatlarınızı brauzerinizin bizə ötürdüyü server qeydiyyat fayllarında toplayır və avtomatik olaraq saxlayır. Buraya daxildir: 

           • İstifadə olunan brauzer növü / versiyası

           • İstifadə olunan əməliyyat sistemi

           • Tələb olunan URL

           • Yönləndirici URL (son ziyarət edilən səhifə)

           • Giriş kompyuterinin adı (IP ünvanı)

           • Server sorğusunun tarixi və vaxtı

Bu məlumatlar fərdə aid edilə bilməz. Bu məlumatlar digər məlumat mənbələri ilə əlaqələndirilmir; Bundan əlavə, məlumatlar statistik qiymətləndirmədən sonra silinir.

“Cookie”lər

İnternet saytları bir neçə yerdə “cookie”lərdən istifadə edir. Təkliflərimizi istifadəçi üçün daha əlverişli, effektiv və etibarlı etmək üçün xidmət edirlər. “Cookie”lər komputerinizdə yığılan və brauzerinizin saxladığı kiçik mətn sənədləridir. İstifadə etdiyimiz “cookie”lərin əksəriyyəti “sessiya “cookie”ləri” adlandırılır. Sayta ziyarətin sonunda onlar avtomatik olaraq silinir. “Cookie”lər komputerinizə zərər vermir və virus tərkibli deyil.

Xarici axtarış provayderlərindən istifadə

Google Xüsusi Axtarış Sistemi ("Google CSE") Wörwag Pharma GmbH & Co. KG-nin İnternet təklifi çərçivəsində mərkəzi axtarış xidməti kimi istifadə olunur. Vahid axtarış xidməti Wörwag Pharma GmbH & Co KG-ın internet təkliflərinin məzmununu tam mətnlə axtarmağa imkan verir. Bu axtarış funksiyasından axtarış sahəsi vasitəsilə istifadə mümkündür. Bu veb saytdakı axtarış sahəsi ("axtarış sahəsi") Google Inc. ("Google") tərəfindən təmin edilir. Google'dan verilən məlumatların məxfiliyinə dair şərtlərin (http://www.google.de/privacy.htmlünvanında) axtarış sahəsindən istifadəniz üçün tətbiq olunduğu və şəxsi məlumatların məxfiliyi şərtlərinə uyğun olaraq Google-un sizin şəxsi məlumatlarınızı istifadə etdiyini qəbul edirsiniz və razısınız.

Əgər təsdiqləmirsinizsə, xahiş edirik axtarış sahəsindən istifadə etməyin. Məlumat yalnız axtarış sahəsi vasitəsilə bir sorğu göndərildikdə ötürülür. 

“Google” Xəritədən istifadə

Xəritələri göstərmək üçün www.woerwagpharma.de saytında bir neçə alt səhifədə “Google” Xəritədən istifadə edirik. “Google” Xəritə 94043, ABŞ, CA, Mountain View, Amphitheatre Parkway 1600 ünvanında yerləşən “Google, Inc.” (“Google”) tərəfindən idarə olunur. “Google” Xəritədən istifadə nəticəsində bu vebsaytdan istifadə haqqında məlumatlar, o cümlədən IP ünvanınız “Google”-a ötürülə bilər.

“Google” Xəritənin olduğu İnternet səhifəmizin alt səhifəsini ziyarət etdiyiniz zaman İnternet brauzeriniz “Google” serverləri ilə birbaşa əlaqə yaradır. Xəritənin məzmunu “Google”-dan birbaşa brauzerinizə ötürülür, oradan da vebsayta inteqrasiya olunur. Nəticə etibarilə, biz “Google”-un bu üsulla əldə etdiyi məlumatların tərkibinə heç bir təsir göstərmirik.

Məlumatların toplanması və “Google” tərəfindən sonradan emalı və istifadəsinin məqsədi və dərəcəsi, habelə bu mövzuda öz məxfiliyinizi qorumaq hüquqlarınız və quraşdırma seçimləriniz üçün “Google”-un məlumatların məxfiliyi siyasətinə baxın: https://www.google.com/policies/privacy/

“Google” Xəritə üçün istifadə şərtləri ilə buradan tanış ola bilərsiniz: https://www.google.com/intl/de/help/terms_maps.html

YouTube “plugin”lərindən (videolar) istifadə

YouTube-dan videoların inteqrasiyası üçün istifadə edirik. YouTube CA94066, ABŞ, San Bruno, Cherry Prospekti 901 ünvanında yerləşən “YouTube” MMC tərəfindən idarə olunur. YouTube CA94043, Mountain View, Amphitheatre Parkway 1600 ünvanında yerləşən “Google” Inc. Şirkəti ilə təmsil olunur.

Həmin “plugin” yerləşdirilən www.woerwagpharma.de internet səhifəmizə daxil olduqda YouTube serverləri ilə əlaqə qurulur və plugin göstərilir. Bu, ziyarət etdiyiniz veb saytlarla bağlı məlumatları YouTube serverlərinə ötürür. YouTube istifadəçisi kimi daxil olmusunuzsa, YouTube bu məlumatı şəxsi istifadəçi hesabınıza aid edir. “Plugin”dən istifadə zamanı, videonun başlaması üçün düyməni sıxdıqda bu məlumat da istifadəçi hesabınıza aid edilir. Veb saytımızı istifadə etməzdən əvvəl YouTube istifadəçi hesabınızdan və YouTube MMC və Google, Inc-dən digər hesablarınızdan çıxaraq və ya müvafiq “cookie”ləri silərək bu aid etmənin qarşısını ala bilərsiniz.

Məlumatların emalı prosesi və YouTube'dan (Google) gələn məlumatların məxfiliyinə dair bildirişlərlə əlaqədar əlavə məlumatları www.google.de/intl/de/policies/privacy/ ünvanından əldə edə bilərsiniz.

“Google Analytics”dən istifadə

Bu veb sayt Google Inc.-in (“Google”) veb analiz xidməti olan “Google Analytics”dən istifadə edir. “Google Analytics” “cookie”lərdən istifadə edir. Bunlar veb saytdan istifadənizi təhlil etməyə imkan verən və komputerinizdə saxlanan mətn sənədləridir. Bu veb saytdan istifadəniz barədə “cookie” tərəfində yaradılan məlumatlar adətən ABŞ-dakı Google serverinə ötürülür və orada saxlanılır. Bu veb saytda IP anonimləşdiriləməsinin aktivləşdirildiyi təqdirdə IP ünvanınız əvvəlcə Google tərəfindən Avropa İttifaqına üzv ölkələrin ərazisində və ya Avropa İqtisadi Bölgəsinin digər müqaviləli üzv ölkələrində kəsilir. Google bu veb saytdan istifadənizi qiymətləndirmək, veb sayt operatoru üçün veb sayt fəaliyyəti haqqında hesabat tərtib etmək və veb sayt və İnternetdən istifadə ilə əlaqədar əlavə xidmətləri yerinə yetirmək üçün məlumatı bu veb saytın operatoru adından istifadə edir. “Google Analytics” ilə əlaqəli olaraq brauzeriniz tərəfindən ötürülən IP ünvanı Google ilə bağlı digər məlumatlarla əlaqələndirilmir. Brauzerinizin proqram təminatında müvafiq parametrlər vasitəsilə “cookie”lərin saxlanılmasının qarşısını ala bilərsiniz. Nəzərə alın ki, belə olan halda bu saytın bütün funksiyalarından tam istifadə edə bilməyəcəksiniz. Bundan əlavə, “cookie”lər tərəfindən yaradılan və veb saytdan (IP ünvanınız daxil) istifadənizə əsaslanan məlumatların saxlanılmasının, həmçinin bu məlumatların Google tərəfindən emal olunmasının qarşısını aşağıdakı linkdəki (http://tools.google.com/dlpage/gaoptout?hl=de) brauzer “plugin”ini yükləyib quraşdıraraq  ala bilərsiniz.  Tam IP ünvanları ilə analiz alətlərinin istifadəsi ilə bağlı müzakirələr fonunda qeyd etmək istərdik ki, bu veb sayt “Google Analytics”i “_anonymizeIp()” uzantısı ilə istifadə edir və beləliklə onun fərdlərlə əlaqəsinin olmasının qarşısını almaq üçün kəsilmiş formada göndərilir. Gələcəkdə brauzeriniz, xüsusilə mobil qurğulardakı brauzerlər üçün “opt-out cookie”lər vasitəsilə problem yaratmasının qarşısını almaqdan ötrü, zəhmət olmazsa, bu linkə klikləyin.

“DocCheck” Giriş

Yalnız bir səhiyyə işçisi olduğunuz halda, dərman resepti haqqındakı məlumatı əldə edə bilərsiniz. Bunun üçün şəxsi məlumatlarınız, həmçinin peşə mənsubiyyətiniz barədə sertifikat tələb olunur.

Biz şəxsiyyəti müəyyənləşdirmə xidməti olaraq “DocCheck” və onun qeydiyyat prosesini istifadə edirik.  DocCheck  50823, Cologne, Vogelsanger küçəsi 66 ünvanında yerləşən “DocCheck” Tibbi Xidmətlər GmbH-in bir xidmətidir. İstifadəçi adı və şifrə birbaşa “DocCheck” serverlərində nəzərdən keçirilir; istifadəçi adınız və şifrəniz anonim saxlanılır. “DocCheck” istifadəçisi olaraq məlumatların ötürülməsi üçün açıq razılığınız olmadan sizin haqqınızda heç bir şəxsi məlumat almırıq.

“DocCheck” istifadə edərkən sizinlə “DocCheck” arasındakı razılıqlar və məlumatın məxfiliyi ilə əlaqədar olaraq, “DocCheck” məlumatların məxfiliyinə dair bəyanat tətbiq olunur:

info.doccheck.com/de/privacy/

Əlaqə forması

Sorğunuzu cavablamaq üçün şəxsi məlumatlarınıza ehtiyac yaranır. İstənilən vaxt məlumatlarınızın saxlanılması ilə bağlı razılığınızı ləğv edə bilərsiniz.

Məlumat hüququ

Saxlanılan şəxsi məlumatlar, onların mənşəyi və alıcıları, həmçinin onun saxlanılmasının məqsədi ilə bağlı istənilən vaxt məlumat almaq hüququnuz var.

Əlavə məlumat

Etibarınız və inamınız bizim üçün vacibdir. Bu səbəbdən, şəxsi məlumatlarınıızın emalı ilə bağlı hər hansı bir sualınız olarsa bizə müraciət edə bilərsiniz. Məlumatların məxfiliyinə dair bəyanatın cavablandırmadığı suallarınız varsa və ya bu məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək istəsəniz bizimlə əlaqə saxlayın:

Wörwag Pharma GmbH & Co.KG

Almaniya

71034 Böblingen

Calwer küçəsi 7

Email: info(at)woerwagpharma.de

Təhlükəsizlik bildirişi

Şəxsi məlumatlarınızın üçüncü tərəflər üçün əlçatan olmaması üçün bütün texniki və təşkilati imkanlardan istifadə edirik. E-mail vasitəsilə əlaqə yaradılarkən məlumatların tam təhlükəsizliyinə zəmanət verilmir; buna görə də məxfi məlumatlarınızı poçt vasitəsilə göndərməyinizi məsləhət görürük.