Uyğunluq @ WÖRWAG Pharma

Compliance

Uyğunluq @ WÖRWAG Pharma dedikdə xarici və daxili qaydalara uyğunluq nəzərdə tutulur. Bu qaydalar qanun və ya normativ aktlar vasitəsilə xaricdən tətbiq oluna və ya proqram, proses və nəzarət formasında daxildən müəyyən edilə bilər. Müştəri-yönümlülük və məhsullarımızın keyfiyyəti ilə yanaşı məsuliyyətli, etik cəhətdən düzgün və qanuni fəaliyyət də WÖRWAG Pharma şirkətinin uğur qazanması üçün əsas amillərdir.

Davranışla bağlı Zəruri Təlimatlar şirkətimizin Davranış Kodeksində təsvir edilmişdir. Bu kodeks risklərin müəyyən edilməsi və bununla da hüquq pozuntularının qarşısının alınması istiqamətində bütün WÖRWAG Pharma əməkdaşları üçün vacib sənəddir:

 

WÖRWAG Pharma şirkət daxilində uyğunluğun təmin edilməsi məqsədilə uyğunluq üzrə məsul şəxs vəzifəsi yaradıb. Bu məsuliyyəti Jörg Thomas Bacherer (İnsan Resursları və Biznes Xidmətləri üzrə Direktor) öz üzərinə götürəcək.

Uyğunluqla bağlı riskləri və hər hansı potensial qeyri-qanuni davranışları mümkün qədər tez müəyyənləşdirmək məqsədilə WÖRWAG Pharma şirkəti öz əməkdaşlarını və biznes tərəfdaşlarını hər hansı uyğunluğun pozulması halı barədə gizli qaydada compliance(at)woerwagpharma.comvasitəsilə birbaşa Şirkətin Uyğunluq üzrə Məsul Şəxsinə məlumat verməyə çağırır. Bu proses həm fərdi qaydada, həm də anonim şəkildə aparıla bilər.