Nevroloji xəstəliklər

  • Milqamma draje tərkibindəki benfotiamin hesabına hüceyrələrin hipoglikemikzədələnmələrin əsas molekulyar mexanizmlərini blokada edir
  • Milqamma vibrasion və ümumi hissiyyatı yaxşılaşdırır, sinir keçiriciliyini sürətləndirir
  • Milqamma mikro- və makroangiopatiyaların inkişafının qarşısını alır 
  • Tətbiq sahələri
    Milqamma 100 neyropatiyalarda istifadə olunan preparatdır.
    Milqamma 100 B1 və B6 vitaminlərinin təsdiq olunmuş çatışmazlığı nəticəsində yaranan sinir sistemi xəstəliklərinin (sistem nevroloji xəstəliklər) müalicəsi üçün istifadə olunur.
  • Dərman və birləşmələr
    Təsiredici maddələr: 1 tabletin tərkibində 100 mq benfotiamin və 100 mq piridoksin-hidroxlorid
    vardır.
    Köməkçi maddələr: tabletin nüvə hissəsində - kolloidal silisium 4-oksid, mikrokristallik
    selluloza, natrium- kroskarmelloza, povidon, talk, uzun zəncirli qliseridlər.
    Örtük: şellak, saxaroza, kalsium-karbonat, talk, Ərəbistan kitrəsi, qarğıdalı nişastası, titan
    4-oksid (E171), makroqol 6000, 85%-li qliserin, polisorbit 80, montan qlikol mumu.
    Milqamma 100 qlutensizdir və tərkibində laktoza yoxdur.

    Benfotiamin 100 mq

    Digər inqredientlər üçün baxın İstifadə təlimatları.
  • Doza və tətbiq metodu
    Milqamma 100 tabletlərini həmişə həkiminiz təyin etdiyi qaydada qəbul edin. Əgər əmin deyilsinizsə. Həkiminizlə məsləhətləşin. Böyüklər üçün adi doza gündə 1 ədəd Milqamma 100 tabletidir. Ağır hallarda doza həkimlə məsləhətləşdikdən sonra gündə 3 dəfə 1 tabletə qədər artırıla bilər.
    4 həftədən sonra B6 və B1 vitaminlərinin artırılmış dozasının (gündə 3 dəfə 1 tablet) daha nə qədər müddətə lazım olacağına həkim qərar verəcəkdir. Müvafiq hallarda B6 vitamini ilə əlaqədar olan neyropatiya riskini azaltmaq məqsədilə doza 1 ədəd Milqamma 100 tabletinə qədər azaldılmalıdır.
    Örtüklü tabletlər çoxlu miqdarda maye ilə qəbul edilməlidir. Tabletlər günün istənilən vaxtında qəbul edilə bilər.
    Uşaqlarda istifadəsi
    Uşaqlarda Milqamma 100 tabletlərindən istifadə edilməməlidir, çünki onlarda preparatın effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.
    MİLQAMMA 100 tabletlərinin qida və ya mayelərlə qəbulu
    Hər hansı xüsusi ehtiyat tədbiri tələb olunmur.
    Əgər MİLQAMMA 100 tabletini qəbul etməyi unutmusunuzsa
    Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək məqsədilə MİLQAMMA 100 tabletlərinin ikiqat dozasını qəbul etməyin. Milqamma 100 tabletlərini eyni dozada qəbul etməkdə davam edin və gələcəkdə tabletləri vaxtında qəbul etməyə çalışın.
    Əgər Milqamma 100 tabletlərinin qəbulunu dayandırırsınızsa
    Əgər müalicəni dayandırsanız, onun effektiv təsirini risk qarşısında qoymuş olursunuz. Bu preparatın istifadəsinə dair hər hansı suallarınız meydana çıxarsa, bu barədə müalicə həkiminizə müraciət edin.
  • Qablaşdırma ölçüsü
    • 30 Drajelər
  • Yükləmələr