Nevroloji xəstəliklər

  • Milqamma vibrasion və ümumi hissiyyatı yaxşılaşdırır, sinir keçiriciliyini sürətləndirir.
  • Milqamma mikro-və makroangiopatiyaların inkişafının qarşısını alır.
  • Tətbiq sahələri
    Sinir sisteminin müxtəlif mənşəli xəstəliklərinin patogenetik və simptomatik müalicəsi üçün istifadə olunur: nevritlər, nevralgiyalar, üz sinirinin parezi, retrobulyar nevrit, qanqlionitlər (kəmərləyici dəmrov da daxil olmaqla), pleksoppatiya, neyropatiya, polineyropatiya (diabetik, alkoqol və s.) xüsusilə yuxarı yaş qrupunda əzələlərin gecə qıcolmaları, onurğanın osteoxondrozunun nevroloji təzahürləri: radikulopatiyalar, lumboişialgiya, əzələ-tonik sindromlar.
  • Təsiredici maddə və tərkibi
    Təsiredici maddələr: 1 ml məhlulun tərkibində 50 mq tiamin hidroxlorid, 50 mq piridoksin-hidroxlorid, 0,5 mq sianokobalamin, 10 mq lidokain hidroxlorid vardır.
    Köməkçi maddələr: benzil spirit, natrium polifosfat, heksasianoferrat, natrium hidroksid, inyeksiya üçün su.

    Tiamin hidroxlorid 50 mq, piridoksin hidroxlorid 50 mq, sianokobalamin 0,5 mq
  • Doza və tətbiq metodu
    Kəskin ağrı sindromu zaman müalicəni gündə 2 ml olmaqla, 5-10 gün ərzində əzələ daxilinə (dərinə) yeritməklə başlamaq məqsədəuyğundur. Sonra müalicəni preparatı daxilə qəbul etməklə və ya inyeksiyaların sayını azaltmaqla (2-3 həftə ərzində və hər həftədə 2-3 dəfə olmaqla) davam etdirmək lazımdır. Daha sonra müalicəni preparatın daxilə qəbul edilən formaları ilə davam etdirmək məsləhətdir.
  • Qablaşdırma ölçüsü
    • 2 ml ampullarda N5 İnyeksiya üçün məhlul
  • Yükləmələr