Arterial hipertenziyalı xəstələrin müalicəsi

  • Mikroalbuminuriya ifadəliliyinin azaldılması
  • Karbohidrat mübadiləsinə müsbət təsir göstərilməsi
  • Doza müxtəlifliyi
  • Tətbiq sahələri
    Arterial hipertenziya
  • Təsiredici maddə və tərkibi
    Təsiredici maddələr: 1 tabletin tərkibində 0,2; 0,3 və ya 0,4 mq moksonidin vardır.
    Köməkçi maddələr: susuz laktoza, povidon K-25, krospovidon, maqnezium-stearat, opadry Y-1-7000 (titan 4-oksid, hipromelloza, makroqol-400, qırmızı dəmir oksidi)

    Moksonidin 0,4 mq
  • Doza və tətbiq metodu
    Qida qəbulundan asılı olmayaraq kifayət miqdarda maye ilə daxilə qəbul edilir.
    Əksər hallarda Moksoqammanın başlanğıc dozası gündə 0,2 mq təşkil edir və bir dəfəyə qəbul edilir. Səhər qəbul edilməsinə daha çox üstünlük verilir. Müalicəvi effekti adekvat olmayan hallarda 3-həftəlik müalicədən sonra dozanı 0,4 mq-a qədər artırmaq olar. Bu doza bir və ya iki dəfəyə qəbul edilə bilər. Maksimal gündəlik doza 0,6 mq təşkil edir və 2 dəfəyə (səhər və axşam) qəbul edilir.
    Maksimal birdəfəlik doza 0,4 mq-dır.
    Böyrəklərin fəaliyyəti normal olan qoca yaşlı xəstələrdə doza böyüklərdə olduğu kimi təyin edilir. Böyrək çatışmazlığı (kreatinin klirensi 30-60 ml/dəq) və hemodializdə olan xəstələrdə birdəfəlik doza 0,2 mq-dan gündəlik doza isə 0,4 mq-dan artıq olmamalıdır.
  • Qablaşdırma ölçüsü
    • 30 Tabletlər
  • Yükləmələr