• Diabetik polineyropatiya zamanı yüksək effektivlik və yaxşı keçiricilik (5)
  • Per os qəbulu zamanı optimal absorbsiya və dozalanma (600 mq) (3,4)
  • Polineyropatiyanın 4 əsas simptomu: sancma, yanğı, keyləşmə və ayaqlarda ağrını qısa zamanda nəzərə çarparaq dərəcədə azaldır (3)
  • Qanda qlükozanın səviyyəsini azaldır, qara ciyərdə qlikogen səviyyəsini artırır, insulinə rezistentliyi aradan qaldırır (1, 2)
  • Hepatoprotektordur: qara ciyərin funksiyasını yaxşılaşdırır

1. Аметов А.С., Солуянова Т.Н. Эффективность тиоктовой кислоты в лечении диабетической полинейропатии //РМЖ. 2008. N 28. С. 1870-1875

2. Терапия альфа-липоевой кислотой. Тиогамма. Научный обзор. Верваг Фарма ГмбХ и Ко., 2003

3. Ziegler D, Hanefeld M, Ruhnau KJ, Meissenr HPLObisch M, Schutte K et al the ALADIN Study Group. Treatment of symptomatic diabetic peripheral neuropathy with the antioxidant alpha-lipoic acid. A 3-week multicenter randomized controlled trial (ALADIN study) Diabetologiya 1995; 38: 1425-1433.

  • Tətbiq sahələri
    TİOQAMMA 600 sinirlərin diabetik zədələnməsi (polineyropatiyalar) zamanı ağrı və paresteziyaları (yanğı, qaşınma, iynəbatma hissi kimi dəri hissiyyatları) müalicə etmək üçün istifadə olunur.
  • Təsiredici maddə və tərkibi
    Təsiredici maddələr: 1 örtüklü tabletin tərkibində 600 mq alfa-lipoy turşusu vardır.
    Köməkçi maddələr: hipromelloza, natrium-karmelloza, dimetikon, laktoza
    monohidrat, maqnezium-stearat (Ph. Eur.), makroqol 6000, talk, natrium
    laurilsulfat, mikrokristallik sellüloza, kolloidal silisium dioksid.
    Şəkərli diabeti olan xəstələr üçün qeyd:
    1 örtüklü tabletin tərkibində 0,0041-dən də az ÇV (çörək vahidi) vardır.

    Alfa-lipoy turşusu 600 mq
  • Doza və tətbiq metodu
    Adi gündəlik doza 1 örtüklü TİOQAMMA® 600 tabletidir (600 mq alfa-lipoy turşusuna ekviva-lentdir). İlk qida qəbulundan təxminən 30 dəq əvvəl qəbul edilir. Əgər preparatı qida ilə eyni vaxtda qəbul etsəniz, alfa-lipoy turşusunun qana keçməsi pozulur və preparat lazımi effekti göstərə bilmir.
    TİOQAMMA 600 örtüklü tabletləri bütöv halda və çoxlu miqdarda su ilə acqarına qəbul edilməlidir. Tabletləri çeynəmək olmaz.
    Müalicə müddəti
    Diabetik neyropatiya xroniki pozğunluq olduğundan TİOQAMMA 600 örtüklü tabletləri ilə müalicə uzun müddət davam edə bilər. Tabletlərin nə qədər müddətə qəbul edilməsi barədə qərarı həkiminiz verəcəkdir.
    TİOQAMMA 600 tabletlərinin qida və ya mayelərlə qəbulu
    Tabletləri günün ilk qida qəbulu zamanı yeməkdən təxminən 30 dəq əvvəl qəbul edin. TİOQAMMA 600 örtüklü tabletləri bütöv halda və çoxlu miqdarda su ilə acqarına qəbul edilməlidir (“İstifadə qaydası və dozası” bölməsinə bax).
    TİOQAMMA 600 tabletləri ilə müalicə alarkən alkoqol qəbul etməyin. Alkoqol sinirlərin zədələnməsini törədən xəstəliklərin inkişafı və ya proqressivləşməsi riskini artırır və buna görə də TİOQAMMA 600 tabletləri ilə müalicəni poza bilər. Bu, həmçinin müalicələr arası intervala da aiddir.
    Əgər TİOQAMMA 600 örtüklü tabletlərini qəbul etməyi unutmusunuzsa
    Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək məqsədilə TİOQAMMA 600 örtüklü tabletlərinin ikiqat dozasını qəbul etməyin.
    Preparatın istifadəsinə aid hər hansı suallar meydana çıxarsa, həkiminizə müraciət edin.
  • Qablaşdırma ölçüsü
    • 30 Örtüklü tabletlər
  • Yükləmələr