• Tətbiq sahələri
    Normal qidalanma rejimi ilə aradan qaldırıla bilməyən sink çatışmazlıqlarının müalicəsində istifadə olunur. Məsələn,yüksək tələbat infeksiyaya qarşı həssaslığı biruzə verə bilər.
    Qidanın tərkibində sinkin miqdarının kifayət qədər olmaması, zəif qidalanma, balanslaşdırılmamış az miqdarda kalori və ya yeməkdən imtina halları sink çatışmazlığına gətirib çıxara bilər. Sink absorbsiyasının zəif olması və ya spirtli içki qəbulu, işlətmə dərmanları və ya digər dərmanlardan istifadə səbəbindən sink ifrazının artması da, həmçinin, sink çatışmazlığı ilə müşayiət oluna bilər. (məsələn: bağırsaq xəstəlikləri).
  • Təsiredici maddə və tərkibi
    Təsiredici maddə: 1 tabletin tərkibində 25mq və ya 0,38mmol sinkə ekvivalent olan 157,36 mq sink oratat dihidrat vardır.
    Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, mikrokristalik sellüloza, povidon
    K 30, natrium karmelloza, talk, maqnezium stearat.

    Sink orotat dihidrat 25 mq

    Digər inqredientlər üçün baxın İstifadə təlimatları.
  • Doza və tətbiq metodu
    Sinkorotu hər zaman bu təlimata müvafiq qaydada qəbul edin. Dərmanın qəbulu ilə bağlı tərəddüd yarandıqda təlimatı həkiminiz və ya əczaçı ilə birgə gözdən keçirin. Dərmanın qəbulu ilə bağlı göstərişlərə diqqətlə əməl edin, əks təqdirdə Sinkorot lazımi şəkildə təsir göstərməyə bilər.
    Həkiminiz digər bir şəkildə təyin etmədiyi təqdirdə standart doza gündəlik ½ - 1 tabletdir.
    Sinkorot yemək zamanı qəbul edilməməlidir.İstisna hal kimi müalicənin əvvəlində sink duzları qarın boşluğunda ağrılar, ürəkbulanma,dispepsiya və ishal kimi hallara səbəb olduqda (bu kimi şikayətlər daha çox acqarnına qəbul edildikdə rast gəlir, nəinki yemək ilə birlikdə qəbul zamanı) preparatı qida ilə birlikdə qəbul etmək olar.
    Qəbul qaydası
    Yeməkdən bir qədər öncə tableti bol su ilə qəbul edin.
    Qəbul müddəti
    Müalicənin müddəti terapevtik nəticədən asılıdır.
    Həkimlə məsləhətləşməyiniz xahiş olunur.

    Sinkorotun qida və maye ilə birgə qəbulu
    Tərkibində yüksək miqdarda fitinlər olan qidalar (məsələn, taxıl məhsulları, paxlalılar, qoz-fın-dıq) sinkin absorbsiyasını azaldır. Bununla yanaşı, qəhvənin də, həmçinin, sinkin resorbsiyasını azaltması ilə bağlı sübutlar mövcuddur.

    Sinkorotu qəbul etməyi unutmusunuzsa
    Qəbul edilməmiş dozanı əvəzləmək məqsədilə ikiqat dozadan istifadə etməyin. Dozalama göstərişlərinə müvafiq olaraq dərmanı normal dozada qəbul etməkdə davam edin.

    Sinkorotun qəbulunu dayandırırsınızsa
    Müalicəni dayandırmaq və ya yarımçıq saxlamaq istədikdə heç bir xüsusi tədbir görmək lazım deyil.
    Bu dərmanın qəbulu ilə bağlı əlavə suallarınız yarandığı təqdirdə həkiminiz və ya əczaçı ilə məs-ləhətləşməyiniz xahiş olunur.
    Sinkorotun təsirinin olduqca yüksək və ya olduqca aşağı olduğunu düşündükdə həkimlə və ya əczaçı ilə məsləhətləşməlisiniz.
  • Qablaşdırma ölçüsü
    • 20 Tabletlər
  • Yükləmələr