Thioqamma® Turbo

Möhkəm sinirlər üçün

  • Per os qəbulu zamanı optimal absorbsiya və dozalanma (600 mq)3,4
  • Polineyropatiyanın 4 əsas simptomu: sancma, yanğı, keyləşmə və ayaqlarda ağrını qısa zamanda nəzərə çarparaq dərəcədə azaldır3
  • Qanda qlükozanın səviyyəsini azaldır, qara ciyərdə qlikogen səviyyəsini artırır, insulinə rezistentliyi aradan qaldırır1,2
  • Hepatoprotektordur: qara ciyərin funksiyasını yaxşılaşdırır
  • 3 həftəlik infuzion terapiyadan sonra simptomatikada əldə edilən effekt 6 ay sonra belə qorunub saxlanlır4
  • Diabetik polineyropatiya zamanı yüksək effektivlik və yaxşı keçiricilik (5)

Diabetik polinevropatiyalarda hissiyat pozğunluğu.

Təsiredici maddə: 50 ml-lik flakonda 1167,70 mq alfa-lipoy turşusunun meqlumin duzu (600 mq alfa-lipoy turşusuna ekvivalentdir) vardır.
Köməkçi maddələr: meqlumin, makroqol 300, inyeksiya üçün su.

Alfa-lipoy turşusu 600 mq.

Fərdi və gündəlik doza

Böyüklərdə aydın nəzərə çarpan diabetik polineyropatiyalarda gündə 600 mq alfa-lipoy turşusu vena daxilinə yeridilir (Tioqamma Turbo-nun 1 inyeksion flakona ekvivalentidir).

İstifadə qaydası və müddəti

İnyeksiya məhlulu müalicənin başlanğıc fazasında 2-4 həftə ərzində vena daxilinə yeridilir.
Məhlul ən azı 30 dəq ərzində qısa infuziya formasında yavaş-yavaş vena daxilinə yeridilməlidir. İnfuziya standart infuziya ləvazimatları və təchiz olunan işıq keçirməz torba vasitəsilə birbaşa şüşədən daxil edilməlidir. Təsiredici maddə işığa həssas olduğundan flakon saxlandığı qutudan istifadə olunmazdan bilavasitə əvvəl çıxarılmalıdır. İnfuziya müddətinin ən azı 30 dəq olmasına əmin olmaq lazımdır.
Növbəti müalicə alfa-lipoy turşusunun oral qəbul üçün münasib olan 300 mq və 600 mq-lıq formalarından istifadə olunmaqla aparılmalıdır.

İçərisində 50 ml infuziya üçün məhlulu olan 10 ədəd flakon və 10 ədəd işıqdan qorumaq üçün kisə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Infuziya üçün məhlul.

Mənbələr

1Аметов А.С., Солуянова Т.Н. Эффективность тиоктовой кислоты в лечении диабетической полинейропатии //РМЖ. 2008. N 28. С. 1870-1875
2Терапия альфа-липоевой кислотой. Тиогамма. Научный обзор. Верваг Фарма ГмбХ и Ко., 2003
3Ziegler D, Hanefeld M, Ruhnau KJ, Meissenr HPLObisch M, Schutte K et al the ALADIN Study Group. Treatment of symptomatic diabetic peripheral neuropathy with the antioxidant alpha-lipoic acid. A 3-week multicenter randomized controlled trial (ALADIN study) Diabetologiya 1995; 38: 1425-1433.
4Ametov A, Barinov A, O'Brien P, Dyck PJ, herman R, Ilitchy WJ et al, the SYDNEY Trial Study group. The sensory symptoms of diabetic polyneuropathy are improved with alpha-lipoic acid: The SYDNEY Trial. Diabetes Care 2003; 26:770-776

Biz sizə kömək etmək üçün buradayıq!
Bizimlə əlaqə saxlayın