Hamiləlik dövründə maqnezium nə qədər vacibdir?

Mineral maqnezium bədənimizdə bir çox mühüm vəzifələri yerinə yetirir. Sümüyün formalaşmasında sabitləşdirici funksiyaya əlavə olaraq, o, hüceyrələrimizdə enerji mübadiləsini tənzimləyir və yaxınlarda məlum olduğu kimi 600-dən çox fermentin aktivləşdirilməsində iştirak edir. Yaxşı tənzimlənmiş maqnezium balansı ürək-damar sistemini tənzimlədiyinə və sağlam qan təzyiqini təmin etdiyinə görə bizi daha stresə davamlı və təmkinli edir. Nəhayət, maqnezium əzələ yığılmalarına nəzarət etmək və xüsusilə sonrakı istirahət üçün vacibdir. Bundan başqa, rahatlaşdırıcı funksiyası sayəsində, maqnezium qadınlar üçün hamilə olmadıqları zaman vacib olur, çünki, digər təsirlərindən savayı, balanslaşdırılmış maqnezium səviyyəsi spazmaları azaltmaq və menstrual ağrıları azaltmağa kömək edir.

MÖVZUNUN XÜLASƏSİ

Əzələlərimizdə maqneziumun təsiri nədən ibarətdir?

Normal fəaliyyət göstərməsi üçün əzələlərimiz maqnezium və kalsiumun balanslaşdırılmış nisbətinə ehtiyac duyurlar. Sonuncu əzələ gərginliyi üçün lazımdır, birincisi isə istirahət üçün. Əzələdə kalsium konsentrasiyası maqnezium çatışmazlığı səbəbindən artırsa, əzələ artıq istirahət edə bilmir və qıcolmalar ortaya çıxır. Maqnezium spazma yüngülləşdirici təsirinə hüceyrə membranlarını "keçilməz" etməklə nail olur, belə ki, elektrolit balansı (yəni hüceyrə daxilindəki və xaricindəki konsentrasiyalar yenidən balanslaşdırılmış olur) normala geri bərpa olunur. Kalsium və kalium və natrium kimi digər elektrolitlərin əzələlərə və sinir hüceyrələrinə daxil olmalarına maneə törədilir. Bu, sinir hüceyrələrinin həyəcanlanma qabiliyyətini azaldır və əzələ spazmalarının baş vermə ehtimalı daha az olur.

Maqnezium çatışmazlığı hamiləliyə necə təsir göstərir?

Bir çox hamilə qadınlar maqnezium çatışmazlığı nəticəsində baş verə biləcək baldır qıcolmalarından və qarındakı qeyri-müəyyən ağrılardan şikayət edirlər. Maqnezium çatışmazlığının digər simptomları güclü ürək döyüntüsü və yorğunluqdur. Bunların hamısı əslində hələ narahat olmaq üçün səbəb deyil, lakin, buna baxmayaraq, bədən siqnallarınıza qulaq asmalı və bəlkə də maqnezium çatışmazlığı testi keçməlisiniz. Hamiləlik dövründə güclü maqnezium çatışmazlığı baş verirsə, yığılmış uşaqlıq artıq boşala bilmir. Nəticə etibarilə, vaxtından əvvəl sancmalara səbəb ola biləcək spazmalar yaranır ki, bu da ciddi hallarda vaxtından əvvəl doğuşa gətirib çıxarır. Maqnezium çatışmazlığı olduqda, ürək-damar sisteminə balanslaşdırıcı təsir dayanır və hamilə qadınlarda arterial hipertenziya riski artır. Bundan əlavə, maqnezium çatışmazlığının preeklampsiya başlanğıcına və hamiləlik ürəkbulanmasının artmasına görə də məsuliyyət daşıdığı güman edilir.

Simptomların dərhal aradan qalxması maqnezium çatışmazlığı kompensasiya edilən kimi baş verir və heç bir daimi zədələnmə qalmır. Beləliklə, ana və uşağın rifahı üçün maqneziumun tarazlaşdırılmış səviyyədə olması vacibdir.

Hamiləlik və laktasiya dövründə nə qədər maqnezium alınmalıdır?

Hamilə qadınlar üçün, Alman Qida Cəmiyyəti 310 mq (yəni 25 yaşdan yuxarı hamilə olmayan qadınlar üçün tövsiyə olunan normadan bir qədər yüksək) gündəlik maqnezium qəbulunu tövsiyə edir. Bunun səbəblərindən biri hamiləlik dövründə hormonal dəyişikliklər səbəbindən sidiklə daha çox maqneziumun ifraz olunmasıdır. Əlavə olaraq, maqnezium embrion hüceyrəsinin bölünməsində və böyüməsində rol oynayır. Hamiləliyin son mərhələlərində doğmamış uşaq maqneziumla təmin edilməlidir. Hamiləliyin son üç ayında embrion artan sümük və əzələlərdə 7 mq-yə qədər maqnezium saxlayır.

Südverən qadınların 390 mq-dən daha yüksək bir miqdara ehtiyacları var, çünki onlar hər 100 ml-də orta hesabla 3 mq maqnezium ehtiva edən ana südü ilə körpələrinə çoxlu maqnezium ötürürlər. Yeni doğulmuş körpənin biofaktorla təchiz edilməsi üçün təcili ona ehtiyacı olur.

Hamiləlik dövründə maqneziumu nə qədər müddət ərzində əlavə etməlisiniz?

Maqnezium çatışmazlığı riski ilə üzləşməmək üçün, siz artıq hamilə qalmaq haqqında düşündüyünüz zaman maqnezium balansını tövsiyə olunan səviyyəyə çatdıra bilərsiniz. Bir çox həkimlər hamiləlik boyunca və ana südü ilə qidalanmanın sonuna qədər onu saxlamağı məsləhət görürlər. Beləliklə, ana və uşağın maqnezium səviyyəsi vacib olan ilk aylar ərzində, təbii ki, balanslaşdırılmış olaraq qalır.

Hansı məhsullar maqnezium ehtiva edir?

Fındıq və tumlarda ən yüksək miqdarda maqnezium olur - liderlər hər 100 mq-də 420 və 350 mq maqnezium olmaqla günəbaxan və kətan toxumlarıdır. Lakin, buğda cücərtiləri və yulaf da əhəmiyyətli miqdarda maqnezium ehtiva edir. Gündə bir porsiya rəngli müsli - bəlkə əlavə edilmiş iki banan dilimi ilə (hər 100 q banana 45 mq maqnezium) – artıq gündəlik maqnezium dozasının qayğısına qalır, xüsusilə bir və ya iki stəkan maqneziumla zəngin mineral su qəbul edilərsə. Buna baxmayaraq, hər üçüncü qadın tövsiyə olunan göstəricilərə çatmır, çünki bədənimiz maqneziumu bitki əsaslı qidalardan ala bilmir. Bunun səbəbi adətən bitki əsaslı qidalarda rast gəlinən fitatların pəhrizlə qəbul olunan maqneziumu birləşdirməsidir və biz onun çox hissəsini birbaşa ifraz edirik.

Hamiləlik zamanı maqneziumun yan təsirləri

Sağlam insanlar qanda maqneziumun artığını böyrək vasitəsilə sidiyə ifraz edirlər. Bir dəfəyə çox maqnezium qəbul edirsinizsə, dozanın bir hissəsi toxunulmamış bağırsaqdan keçir və yenidən nəcis ilə çıxarılır – istehlak artdıqca daha az sorulur. Bu, hətta yan təsirlərə gətirib çıxara bilər, belə ki maqneziumun bir qədər yumşaldıcı təsiri hamiləlik dövründə tez-tez baş verən qəbizliyi azaldır.

Gün ərzində maqneziumun kiçik dozalarla qəbulu yan təsirin asanlıqla qarşısını ala bilər. Məsələn, qazlı həb 500-750 ml suda həll edilə bilər və gün ərzində qəbul edilə bilər. Alternativ olaraq, və həkimlə məsləhətləşməklə, çox böyük doza ehtiva etməyən müvafiq dərmanlar və ya qida əlavələri də gün ərzində qəbul edilə bilər.

© 2016 WÖRWAG Pharma GmbH & Co. KG - www.woerwagpharma.az saytında şəxsi sağlamlıq haqqında verilmiş məlumat dairəsi yalnız məlumat üçündür və heç bir şəkildə lisenziyalaşdırılmış həkim tərəfindən şəxsi məsləhət, müayinə və ya diaqnozu əvəz etmir. Www.woerwagpharma.az saytında olan məzmun diaqnoz qoymaq və/və ya dərmanları müstəqil qəbul etmək üçün istifadə edilə bilməz və edilməməlidir. Həmçinin məsuliyyətin istisna olunmasınaimic hüquqlarına dair göstərişlərimizə diqqət edin.

Read more