Maqnezium çatışmazlığından əzələlərinizi bu cür qoruya bilərsiniz

Maqnezium bədənimizdə bir sıra mühüm funksiyalara görə məsuliyyət daşıyır. Hüceyrələrimizin enerji stansiyalarında, mitoxondriyada, o, bədənin bütün prosesləri üçün lazım olan əvəzolunmaz enerjinin yaradılmasında iştirak edir. Maqnezium bədənimizdə təxminən 600 fermenti aktivləşdirir. Bu insulin kimi hormonların saxlanılmasını və buraxılmasını təmin edir. O, serotonin kimi sinir mesajlarının istehsalında iştirak edir və ürək əzələmizi stressdən qoruyur. Skeletdə, o, sümük sağlamlığı üçün zəruri amildir. Nəhayət, əzələlərimizdə maqnezium kalsiumla birlikdə onların adi funksiyasına görə cavabdehdir.

MÖVZUNUN XÜLASƏSİ

Maqnezium çatışmazlığı olduğu halda idmançılar nəyə diqqət yetirməlidirlər?

Əzələlərimizdə maqneziumun funksiyası nədən ibarətdir?

Yaxşı tənzimlənmiş maqnezium və kalsium tarazlığı əzələlərin sağlam funksiyası üçün əvəzolunmazdır. Kalsium əzələ gərginliyinə görə cavabdeh olduğu halda, maqnezium əzələlərin boşalmasına görə cavabdehdir. O, sinirlərdən əzələlərə impulsların ötürülməsinə nəzarət edir, kalsiumun davamlı axınının qarşısının alınmasını və sinirlərin həyəcanlanmasının yenidən azalmasını təmin edir – bu da arzu olunan rahatlaşmaya gətirib çıxarır. Sağlam yetkin insanlar üçün, Alman qida Cəmiyyəti yaş və cinsdən asılı olaraq gündəlik 300-400 mg maqnezium qəbul etməyi tövsiyə edir. Maqnezium çatışmazlığı varsa, əzələdə həddindən artıq kalsium olur və o artıq tam boşala bilmir. Bu ağrılı qıcolmalara səbəb olur.

Baldır qıcolmaları və digər göstəricilər: Maqnezium çatışmazlığı simptomları

Az miqdarda maqnezium çatışmazlığının artıq mövcud olması bizim hüceyrə enerjisi stansiyalarımızda enerji istehsalının azalmasına gətirib çıxarır və hər zaman maqnezium çatışmazlığı ilə birbaşa əlaqələndirilə bilməyən qeyri-səciyyəvi yorğunluq və gücdən düşməyə səbəb ola bilər. Bu, əzələlər zədələnməyə başladıqda, xüsusilə yuxuda olduqda, maqnezium səviyyəsi düşdüyü zaman aydın olur. Maqnezium çatışmazlığı baldırların, ayaq barmaqların və ayaqların qıcolmalarına səbəb ola bilər.

Muskeln Füße

Bundan əlavə, aritmiya, ürək döyüntüsü və yüksək qan təzyiqi maqnezium çatışmazlığı ilə bağlı ola bilər – axı ürək "yalnız" tənzimlənən gərginlikdən və istirahətdən, eləcə də elektrolitlərin normal konsentrasiyasından asılı olan əzələdir. Maqnezium çatışmazlığının digər simptomları gözlərdə və ağızın kənarlarında əzələlərin kiçik qıcolmalarıdır. Son araşdırmalara görə, narahat ayaq sindromu olan insanlar maqnezium qəbulundan faydalana bilərlər. Qadınlarda maqnezium çatışmazlığı menstrual ağrıları artıra bilər və hamiləlik dövründə erkən sancılara səbəb ola bilər. Hamiləlik zamanı maqnezium haqqında daha ətraflı məlumatı buradan əldə edin.

Kimlər maqnezium çatışmazlığı riski altındadır?

Maqnezium çatışmazlığı ona olan ehtiyac birdən-birə artdıqda baş verə bilər və normal bir pəhriz artıq onu kifayət miqdarda təmin edə bilməz. Bu, məsələn, hamiləlik və ana südü ilə bəsləmə zamanı, stress altında olduqda, yaşlı olduqda və ya çox miqdarda su itirildikdə – yəni güclü tərləmə, işəmə, qusma və ya ishal vasitəsilə daha çox maqnezium ifraz olunduqda baş verir. Uzun müddət müəyyən dərmanlar qəbul edən insanlar da maqnezium çatışmazlığı riskinə məruz qalır. Bu dərmanlar, təbii ki, diuretiklərdir və onlar bədəndən daha çox maqneziumun çıxarılmasına səbəb olur. Bundan əlavə, sisplatin kimi sitostatik preparatlarla kimya terapiyasından keçən və ya kortikoidlər qəbul edən xəstələr də daha çox maqnezium xaric edirlər. 1-ci və 2-ci növ diabet xəstələri xüsusilə maqnezium çatışmazlığından əziyyət çəkirlər. Onların 60%–dən çoxunda maqnezium çatışmazlığı olur, çünki onların vəziyyəti və dərmanlarına görə sağlam insanlarla müqayisədə böyrəklər vasitəsilə daha çox minerallar və beləliklə maqnezium da yuyulur. İÇV, xərçəng və qaraciyər və ya mədəaltı vəz xəstəlikləri olan insanlar daha az maqnezium udurlar. Uzun müddət oral kontraseptivlər qəbul edən qadınlar da maqnezium çatışmazlığından əziyyət çəkə bilər, və onlara oral kontraseptivlərlə eyni zamanda maqnezium qəbul etmək qəti şəkildə tövsiyə olunmur. Bunun səbəbi həddindən artıq yüksək maqnezium dozasının yenidən birbaşa çıxarılmasıdır ki, bu da ishal ilə nəticələnə bilər. Əgər bu oral kontraseptivin yalnız yarısı həzm edildikdə baş verərsə, həmin gün o tam təsir göstərə bilməz. Lakin, maqneziumun düzgün dozada olmasına diqqət yetirilərsə, kontraseptivə heç bir təsir riski olmur.

Maqnezium çatışmazlığı olan idmançılar nəyə diqqət yetirməlidirlər?

Çox aktiv olanlar yalnız öz əzələlərini gərginləşdirmirlər, həm də bolca tərləyirlər – və maqneziuma olan ehtiyac kəskin şəkildə artır. Xüsusilə uzun müddət bədənlərini gərginləşdirən dözümlü idmançılar, maqnezium çatışmazlığına məruz qala bilərlər. Maqnezium onlara elastikliyi və regenerativ qabiliyyəti artırmağa kömək edir.

Tez-tez idmançılara təklif olunan izotonik idman içkilərinin əksəriyyəti az maqnezium, lakin çox şəkər ehtiva edir. Məşq zamanı bədənin həzm üçün çox ehtiyat resursları olmadığından, optimal təsir üçün bərpa mərhələsində xüsusilə tərkibində maqnezium olan içkilər qəbul edilməlidir.

Maqnezium çatışmazlığının səciyyəvi şəkildə qarşısının alınması və əzələ funksiyasının gücləndirilməsi

Menyuya buğda cücərtiləri, avokado, günəbaxan və balqabaq toxumlarının daxil olduğu balanslaşdırılmış pəhriz, məsələn, üstəgəl maqneziumla zəngin mineral su maqneziuma olan normal tələbatı ödəyir və maqnezium çatışmazlığı riskini azaldır.

Lakin maqneziuma olan ehtiyac artmışdırsa və ya artıq maqnezium çatışmazlığı varsa, çatışmazlığı tez doldurmaq üçün maqnezium preparatları ən azı qısa müddət ərzində qəbul edilməlidir. Bu halda, bir dəfəyə maqneziumu böyük miqdarda qəbul etmək tövsiyə edilmir, çünki onlar birbaşa sovrula və istifadə edilə bilməz. Mineralın böyük bir hissəsi yenidən birbaşa ifraz olunacaq və diareyaya səbəb ola bilər. Fərdi dozalar daha az olduqda və gün ərzində qəbul edildikdə maqnezium daha yaxşı sovrula bilər. Məsələn, maqnezium səviyyənizi məqsədli şəkildə və ehtiyatla artırmaq üçün qazlı dənələri böyük bir stəkan suda və ya 500-750 ml su ilə bağlana bilən bir şüşə içərisində həll edə və gün ərzində içə bilərsiniz.

© 2016 WÖRWAG Pharma GmbH & Co. KG - www.woerwagpharma.az saytında şəxsi sağlamlıq haqqında verilmiş məlumat dairəsi yalnız məlumat üçündür və heç bir şəkildə lisenziyalaşdırılmış həkim tərəfindən şəxsi məsləhət, müayinə və ya diaqnozu əvəz etmir. Www.woerwagpharma.az saytında olan məzmun diaqnoz qoymaq və/və ya dərmanları müstəqil qəbul etmək üçün istifadə edilə bilməz və edilməməlidir. Həmçinin məsuliyyətin istisna olunmasına imic hüquqlarına dair göstərişlərimizə diqqət edin.

Read more