B12 vitamini - güclü sinirlər üçün vacib müdafiə

B12 vitamini B vitamin qrupunun səkkiz vitaminindən biridir və bədənin xüsusi olaraq saxlaya biləcəklərdən yeganəsidir. Bizim qaraciyər digər B-vitaminlərinin ehtiyatları daha əvvəl istehlak edilmiş olsa belə bu vitamini aylardan illərə qədər davam edə biləcək və lazım olduqda qana geri buraxıla biləcək böyük miqdarda saxlayır. B12 vitamini ilə müqayisədə, onlar istifadə və ya ifraz olunana qədər bizim bədənimizdə qısa müddət qalır. Buna görə, B12 vitamininin az təmin edilməsi və ya həzm traktında absorbsiyanın pozulması yalnız bir müddət sonra hiss olunur. Kobalamin kimi tanınan B12 vitamini, müxtəlif metabolik funksiyalara malikdir. O, homosistein səviyyəsini aşağıda saxlamağa kömək edir və bununla ürək və qan damarlarını qoruyur. O, hüceyrələrin bölünməsi və qanın yaranmasında iştirak edir və sinirlərin normal fəaliyyəti üçün vacibdir. Son funksiya daha ətraflı izah olunacaq.

MÖVZUNUN XÜLASƏSİ

B12 vitamininin sinir sisteminin fəaliyyətinə töhfəsi

Hüceyrələrin formalaşmasında və lipid mübadiləsində öz funksiyası sayəsində B12 vitamini sinir sistemi üçün həyati əhəmiyyət kəsb edir. O, sinirləri enerjinin itirilməsindən qoruyan və sinir axınlarının, yəni yönləndirilməli məlumatın düzgün və effektiv ötürülməsini təmin edən sinir liflərinin qişalarının (həmçinin mielin qişaları kimi tanınır) regenerasiyası və yeni meydana gəlməsində həlledici şəkildə iştirak edir.

Sinirlərimizin toxunma hissi və motor funksiyasına görə cavabdeh olan bu "izolyasiya"sı təkcə vacib deyil, həm də hər şeydən əvvəl mərkəzi sinir sistemimiz üçün, yəni beynimiz və onurğa beynimiz üçün əvəzolunmazdır. Bundan əlavə, B12 vitamini beynimizin funksiyasına və beləliklə qavrayışımız, əhval-ruhiyyəmiz və ağlın vəziyyətinə nəzarət edən neyroötürücülər və hormonlar kimi əhəmiyyətli məlumat daşıyıcısı maddələrinin sintezində iştirak edir.

Kimlər B12 vitamini çatışmazlığı riski altındadır? B12 vitamini çatışmazlığının səbəbləri

Körpələr və uşaqlara böyümələrinə görə çox miqdarda B12 vitamini lazım olur. Onlar diqqətli valideynlərin təmin etməli olduğu B12 vitamininin kifayət qədər təchizatından asılıdırlar. Yaşlı insanlar və veqanlar xüsusilə B12 vitamini çatışmazlığından əziyyət çəkirlər. Veqanlar heyvan mənşəli qidaları istisna edən nataraz qidalanma səbəbindən B12 vitamininin kifayət qədər alınmaması riskinə məruz qaldığı halda, yaşlı insanlar çox vaxt B vitamininin absorbsiyasının pozulmasından əziyyət çəkirlər, lakin qidalanmada məhdudiyyətlər də yayılmış olur. Diabet, böyrək çatışmazlığı və ya ağıl zəifliyi kimi xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda B12 absorbsiyası pozulmuş olur, çox vaxt uzun müddət ərzində qəbul edilən aktiv maddələr və dərmanların yan təsirlərinə görə, və onlar çatışmazlıq təhlükəsi ilə üzləşirlər. Mədə selikli qişasının iltihabı və ya mədə-bağırsaq traktının digər xəstəliklərindən əziyyət çəkən insanlar özləri vitaminin sorulması üçün lazım olan mühüm maddələri sintez etmək iqtidarında olmurlar, belə ki, təmin olunan B12 vitamininin bir hissəsi yenidən istifadə olunmamış halda ifraz olunur.

Vitamin B12 Nerven

Xüsusilə biz yaşlandıqca, bu amillərdən bəziləri yığılır və B12 vitamininin çatışmazlığı riskini artırır. Gənc avropalıların yalnız 2-5%-i B12 vitamini çatışmazlığından əziyyət çəkirsə, 65 yaşdan yuxarı olan insanların 10-30%-nə B12 vitamini çatışmazlığı diaqnozu qoyulur. Əgər onlar qocalar evində yaşayırlarsa, onların nisbəti hətta 40%-ə qədər artır.  

Səbəbi nə olursa olsun - B12 vitamini çatışmazlığı çox gec aşkar edilərsə, qismən düzəldilməyən sinir zədələnməsi yaranır.

B12 vitamini çatışmazlığının nevroloji simptomları hansılardır?

B12 vitamininin çatışmazlığının ilkin simptomları əsasən qeyri-spesifik enerji çatışmazlığı və aşağı məhsuldarlıq, eləcə də qıçlarda qeyri-sabitlikdir. Onurğa beynində zəif fəaliyyət göstərən sinirlər əvvəlcə tez-tez aşağı əzalarda ayaqlarda yanma və uyuşma və baldırlarda zərbə kimi yalan hissiyyatlara səbəb olur. Beyin, neyroötürücülər və hormonlar da təsirə məruz qaldığından, B12 vitamininin çatışmazlığı əlavə olaraq konsentrasiya, zəif yaddaş və depressiya ilə bağlı problemlərə səbəb ola bilər.

Aşkarlanmamış B12 vitamini çatışmazlığı ciddi nəticələrə səbəb ola bilər

B12 vitamininin çatışmazlığı uzun müddət aşkarlanmamış qalarsa, nəticəsi hətta əqli zəiflik və şizofreniyaya qədər inkişaf edə biləcək ciddi nevroloji və psixonevroloji vəziyyət ola bilər. Həmçinin, B12 vitamininin çatışmazlığı hətta paraplegiyaya səbəb ola biləcək güclü fiziki məhdudiyyətlərə yol aça bilər. Funikulyar miyeloz məsuliyyət daşıyır, burada onurğa beyni sinir qişalarının olmaması səbəbindən zədələnmiş olur. Əgər çatışmazlıq erkən aşkar olunarsa, onda bəzi zədələri bərpa etmək mümkün olar. Lakin, B12 vitamini çatışmazlığının nəticələri həddindən artıq çox irəlilədikdə, sinir zədələnməsi bərpa olunmur. Buna görə də, B12 vitamininin kifayət qədər təchiz olunmaması bütün vasitələrlə ciddi qəbul edilməli və qarşısı alınmalıdır.

B12 vitamininin çatışmazlığını bu cür təyin edə bilər

Qida vasitəsilə sorulduqdan sonra B12 vitamini müxtəlif mərhələlərlə qana daxil olur: Qida ilə ilk olaraq mədəyə çatır - burada B12 vitamininin əlaqəli olduğu daxili amil meydana gəlir. Birlikdə onlar kiçik bağırsaqlarda sorula və qana çata bilərlər. Vitaminin əhəmiyyətli miqdarı həmçinin daxili amil olmadan bağırsaq divarları vasitəsilə diffuziya yolu ilə qarışa bilər. Bədənin içərisinə daxil olduqdan sonra, o həm aktiv formada (bədənin istifadə edə biləcəyi), həm də qeyri-aktiv formada mövcud olur. Qan daxilində B12 vitamininin yalnız təxminən 20%-i aktiv olur və holotranskobalamin (qısaldılmış HoloTC) kimi tanınır. Qan testi də qanda qeyri-fəal B12 vitaminini aşkar etdiyinə görə, onu B12 vitamini çatışmazlığı diaqnozunu aldadır, yəni çatışmazlığı maska edir. Bir şəxs risk qrupuna aiddirsə və ya B12 vitamini çatışmazlığının müxtəlif simptomlarının meydana gəlməsi ilə əlaqədar bir şübhə varsa, xüsusi iki mərhələli qan testi aparılmalıdır. Burada holotranskobalamin miqdarı müəyyən edilir və ikinci mərhələdə metilmalon turşusu və homosistein kimi B12 vitamininin olmaması nəticəsində yaranan maddələr mübadiləsi məhsullarının konsentrasiyası müəyyən edilir. Hər iki test əlverişsiz nəticə verərsə, mümkün qədər tez müalicə edilməli olan B12 vitamini çatışmazlığı güman edilə bilər.

Risk qrupuna aid olan şəxslər B12 vitamininin qeyri-kafi təminatının qarşısını almalıdırlar

B12 vitamininin bizim orqanizm üçün vacib olmasına baxmayaraq, bizə onun yalnız nisbətən kiçik miqdarları lazım olur. Sağlam yetkin insan üçün gündəlik tövsiyə olunan doza 3 µg təşkil edir. Uşaqlara bir qədər az B12 vitamini lazımdır, lakin hamilə və süd verən qadınlar ona daha çox ehtiyac duyurlar, daha dəqiq gündə 3,5-dən 4 µg-ə qədər.

Nataraz pəhriz səbəbindən çox az B12 vitamini istehlak etmək riski ilə üzləşən veqanlar və digər insanlar B12 vitamininin daxil edildiyi şüurlu pəhriz və ya xüsusi B12 vitamini əlavələri vasitəsilə B12 vitamininin qeyri-kafi təchizatının qarşısını nisbətən asanlıqla ala bilərlər. Vitamin B12 mikroorqanizmlər tərəfindən sintez edilir və demək olar ki, yalnız heyvan mənşəli məhsullarda – ilk növbədə heyvanların onu saxladığı qaraciyərdə olur. Lakin ət, balıq, yumurta, süd və süd məhsullarının tərkibində də bu vitamin əhəmiyyətli miqdarda mövcuddur. Buna görə də, veqanlara əlavələr (hansılar ki, yeri gəlmişkən, adətən veqan olurlar) qəbul edərək potensial mövcud çatışmazlığı kompensasiya etmək tövsiyə olunur. B12 vitamini çatışmazlığı aşkar edildikdən sonra, həkiminiz tərəfindən müəyyən edilmiş müvafiq dərman müalicənin bir hissəsi kimi qəbul edilməlidir.

Hətta absorbsiya qabiliyyəti pozulmuş olsa belə, B12 vitamininin çatışmazlığına qarşı müqavimət göstərmək mümkündür

Vitamin B12 Nerven Musik

B12 vitamininin absorbsiya qabiliyyəti pozulmuş olarsa, ilk olaraq bunun səbəbkarı tapılmalıdır. Səbəbkarlar, mədə daxilində daxili amilin zəif formalaşması və ya məsələn, 2-ci növ diabet xəstəsi olan bir çox insanlar tərəfindən istifadə olunan metformin qəbulu zamanı olduğu kimi, dərman preparatlarının səbəb olduğu yavaşlamış sorulma ola bilər. Dərmanlar uzun müddət istifadə edildikdə, vitamin absorbsiyası ümumiyyətlə təsirə məruz qalır, lakin B12 vitamininin təchizatının artırılması bunu kompensasiya edə bilər.

© 2016 WÖRWAG Pharma GmbH & Co. KG - www.woerwagpharma.az saytında şəxsi sağlamlıq haqqında verilmiş məlumat dairəsi yalnız məlumat üçündür və heç bir şəkildə lisenziyalaşdırılmış həkim tərəfindən şəxsi məsləhət, müayinə və ya diaqnozu əvəz etmir. Www.woerwagpharma.az saytında olan məzmun diaqnoz qoymaq və/və ya dərmanları müstəqil qəbul etmək üçün istifadə edilə bilməz və edilməməlidir. Həmçinin məsuliyyətin istisna olunmasına və imic hüquqlarına dair göstərişlərimizə diqqət edin.

Read more